Əhmədova ermənipərəst xəbər agentliyinə baş redaktor təyin olundu

Əhmədova ermənipərəst xəbər agentliyinə baş redaktor təyin olundu backend

Rusiyanın ermənipərəst “Regnum“ xəbər agentliyinə yeni baş redaktor təyin olunub.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, Rusiyanın tanınmış jurnalisti və hüquq müdafiəçisi Marina Əhmədova “Regnum“ xəbər agentliyinin baş redaktoru təyin edilib.

Əhmədova Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvüdür. Əvvəllər o, “Russian reportyor” jurnalının baş redaktor müavini, “Ekspert” jurnalının köşə yazarı olub.

Qeyd edək ki, “Regnum” xəbər agentliyi baş redaktoru Modest Kolerovun işdən çıxarıldığı məlum olduqdan sonra, şirkətdə rəhbərlik dəyişikliyi ilə əlaqədar noyabrın 2-də yayımını dayandırıb.

Diaspora