Bayden səhnədə “qara əşya” gördü və özünü itirdi - VİDEO

Bayden səhnədə “qara əşya” gördü və özünü itirdi -  VİDEO backend

ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda çıxışı zamanı səhnədə özünü itirib və büdrəyib.  

Bu barədə “Daily Mail” məlumat verib.

Nəşrin dərc etdiyi kadrlarda Nyu-Yorkda baş tutan tədbirdən bir hissə əks olunub. Belə ki, ABŞ Prezidentinin iştirakı ilə Nyu-Yorkun hazırkı qubernatoru Keti Hokula dəstək kampaniyası keçirilib.

Paylaşılan görüntülərdə Bayden səhnədə gəzişir və yaşlılar üçün reseptlə satılan dərmanların qiymətinin azaldılmasından danışır. O, anidən səhnədə hansısa əşyanın üzərinə basır, müvazinətini itirir və büdrəyir.

“Ay... üzərinə basdım... Hmm... bu, qaradır. Hər bir halda qaradır”, - deyə Bayden özünü itirmiş halda həyəcanını ifadə edib.

loading...
Diaspora