İran Rusiyaya az sayda pilotsuz uçuş aparatı tədarük etsə də, bu, Ukraynada hərbi əməliyyatların başlamasından bir neçə ay əvvəl baş verib.
TASS xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Eyni zamanda İranın xarici işlər naziri vurğulayıb ki, İran Ukrayna müharibəsində istifadə üçün Rusiyaya raket verməyib.
İranın Rusiyaya nə qədər pilotsuz uçuş aparatı verdiyi bəlli deyil.
Qeyd edək ki, son bir neçə ayda bir sıra Qərb ölkələri İranın Rusiyaya Ukrayna müharibəsində istifadə üçün pilotsuz təyyarələr və silahlar verdiyini bildirib. Lakin İran tərəfi bunu qəbul etməkdən imtina edirdi.