Qvatemalada prezident seçkilərinin ilkin nəticəsi açıqlanıb

Qvatemalada prezident seçkilərinin ilkin nəticəsi açıqlanıb backend

Sentyabrın 6-da Qvatemalada prezident postu uğrunda keçirilən seçkilərdə səsvermə başa çatıb.



AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ilkin nəticələrə görə, sağ təmayüllü "Milli konvergensiya cəbhəsi" və onun prezidentlik postuna irəli sürdüyü namizədi Cimmi Morales seçkilərdə liderlik edir. Bu barədə ölkənin Ali Seçki Tribunalından məlumat verilib. Məlumatda, həmçinin səsvermə hüququ olan 7,5 milyon vətəndaşın yarıdan çoxunun seçkilərdə iştirak etdiyi bildirilir.

Bülletenlərin 42 faizinin hesablanmasından sonra Morales 26,30 faiz səslə irəlidədir. Onun ən yaxın izləyicisi - müxalif "Yenilənmiş demokratik azadlıq" partiyasının lideri Manuel Baldisona verilən səslər hələ ki, 18,59 faiz təşkil edir. Üçüncü yerdə isə 17,24 faiz səslə sosial demokratik "Milli ümid" partiyasının namizədi, sabiq birinci xanım, 2008-2012-ci illərdə ölkəyə rəhbərlik etmiş Alvaro Kolomanın keçmiş həyat yoldaşı Sandra Torres qərarlaşıb.
Diaspora