Ərdoğan Stoltenberqlə görüşdə vacib mesajlar verdi

Ərdoğan Stoltenberqlə görüşdə  vacib mesajlar verdi backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş başa çatıb.

Qaziler.az xəbər verir ki, görüş zamanı Rusiya-Ukrayna müharibəsi, Yunanıstanın təcavüzkar hərəkətləri, İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi müzakirə edilib.

Ərdoğan bildirib ki, Türkiyə taxıl dəhlizinin fəaliyyətinin bərpa olunmasından sonra diqqətini sazişin uzadılmasına yönəldəcək.

Türkiyə lideri İsveç və Finlandiyanın NATO-ya daxil olmasına dair prosesin iki ölkənin atacağı addımlardan asılı olduğunu vurğulayıb.

Dövlət başçısı, həmçinin qeyd edib ki, bölgədə gərginliyi artıran Yunanıstan ehtiyatlı davranaraq dialoqa qayıtmalıdır.

Modern.az

Diaspora