Kosovada şəhid anası vəhşicəsinə döyüldü - VİDEO

Kosovada şəhid anası vəhşicəsinə döyüldü - VİDEO backend

Kosovanın Peja şəhərindəki qocalar evində şəhid anası tibb bacısı tərəfindən döyülüb.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, qocalar evində şəhid Taulant Nuranın anasının döyüldüyünü əks etdirən görüntülər yayılıb. 

Ürək dağlayan görüntülərdə yaşlı və xəstə qadın gənc tibb bacısı tərəfindən həm lağa qoyulur, həm də vəhşicəsinə döyülür. Bu azmış kimi tibb bacısı qadına təpik atmaqdan da çəkinmir.

Görüntülərdə şəhid anasının ağladığı və ona kimsənin kömək etmədiyi nəzərə çarpır.

Görüntülər yayıldıqdan sonra tibb bacısı dərhal həbs edilib. Qızının görüntülərini görən ata isə bütün xalqdan üzr istəyib və aidiyyəti qurumlardan hadisəylə bağlı qanunauyğun hərəkət etmələrini tələb edib.

Diaspora