"İsveç və Finlandiyanın şərtləri yerinə yetirdiyinə inanmırıq" - Çavuşoğlu

"İsveç və Finlandiyanın şərtləri yerinə yetirdiyinə inanmırıq" - Çavuşoğlu backend

Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmaq üçün əvvəllər əldə edilmiş razılaşmaların şərtlərini yerinə yetirdiyinə inanmır.

TASS xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"Türkiyə hər zaman NATO-nun genişlənməsi və güclənməsinin tərəfdarıdır. Biz NATO-ya yeni üzvlərin qəbulu prosesini ləngitmirik. Finlandiya və İsveç embarqonu ləğv edib, qanunvericiliyə dəyişiklik edib, lakin bu, kifayət deyil", - türkiyəli nazir bildirib.

Onun sözlərinə görə, Finlandiya ilə NATO-ya qəbulla bağlı heç bir xüsusi məsələ yoxdur, lakin İsveç Madrid Memorandumundan irəli gələn bütün öhdəliklərini yerinə yetirməlidir.

loading...
Diaspora