Putin 74 mindən çox rusiyalını niyə öldürüb?

Putin 74 mindən çox rusiyalını niyə öldürüb? backend

Noyabrın əvvəlinə olan məlumata görə, artıq rus ordusunun canlı itkiləri 74 min nəfərdən çoxdur. Bu, 1945-ci ildən sonra Rusiyanın bir sıra müharibələrdə verdiyi ümumi itkilərdən çoxdur.

Ukrayna mənbələrindən Qaziler.az-a daxil olan məlumata görə, Oktyabrın sonunda Putin və onun yaxın ətrafı Rusiyanın danışıqlara hazır olduğunu dəfələrlə dilə gətirib. Rusiyanın düşdüyü hərbi və siyasi çıxılmaz vəziyyət, eləcə də faktiki olaraq hakimiyyətin qeyri-mərkəzləşdirilməsi prosesi (1917-ci ildən bəri görünməmiş presedent!), Priqojin və Kadırovun mövqelərinin möhkəmlənməsi Putini ümidsizcəsinə danışıqlar yolu ilə və simansını itirmədən imkanlar axtarmağa vadar edir. G20 platforması isə Kreml tərəfindən mümkün danışıqlar üçün ən yaxşı yer hesab olunur. Kompromis yalnız Rusiya tərəfinin adekvat şəkildə formalaşdırılmış mövqeyi kontekstində mümkündür. Lakin, görünür Putin hələ də Ukraynadakı geosiyasi ambisiyalarından əl çəkməyə hazır deyil və hər gün yüzlərlə rus hərbçisi onların uğrunda həlak olur. Sanksiyalar və Rusiyanın dünyanın inkişaf etmiş ölkələri arasında virtual təcrid olunması ruslar üçün gözlənilən fəlakət deməkdir. Onlar gələcək onilliklər ərzində Putinin əməllərinin nəticələrini düzəltməyə çalışacaqlar.

Bəli, Putin “tarixi rus torpaqlarını bərpa edən”, “böyük Rusiya”nın yaradıcısı kimi tarixə düşmək istəyirdi. Əvəzində o, artıq 21-ci əsrin ən böyük hərbi cinayətkarı, rusların soyqırımını törədən biri kimi tarixə düşüb.

Diaspora