Putin Ukrayna ilə yeni müharibə konturunu formalaşdırır və artıq İranla 1000 yeni uzaqmənzilli raketin tədarükü ilə bağlı razılığa gəlib.
Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna mənbələrindən daxil olan məlumatda qeyd edilib.
İran Rusiyaya minə yaxın əlavə silah, o cümlədən qısa mənzilli ballistik raketləri, 300 və 700 km məsafədəki hədəfləri vura bilən “Fateh-110” və “Zolfagha” raketləri, həmçinin zərbə endirmə aparatları göndərməyə hazırlaşır. 200-dən çox PUA-dan ibarət silahların noyabrın əvvəlində göndərilməsi planlaşdırılıb.
Xatırladaq ki, Rusiya Ukraynaya hücumlar üçün kütləvi şəkildə kamikadze dronlardan istifadə edir. Ekspertlər bunun İranın “Şahed-136” PUA-ları olduğunu qeyd edirlər. Rusiya qüvvələri isə “Geranium” adı altında istifadə edir. Bununla yanaşı, Tehran hələ də dronların Rusiyaya təhvil verilməsini qəti şəkildə inkar edir.
Rusiya ilə İran arasında ballistik raketlərin və kamikadze pilotsuz təyyarələrin yeni partiyalarının tədarükü kontekstində yaxın münasibətlər İranın getdikcə daha çox Rusiya-Ukrayna müharibəsinə girdiyini və Rusiya hərbi-sənaye kompleksinin öz qoşunlarını lazımi təchizatla təmin edə bilmədiyini göstərir. Bu isə Rusiya silahlı qüvvələrinin zəifliyini bir daha təsdiqləyir.
Ukrayna ordusu Rusiya Federasiyasının Ukraynanın şimal sərhədində yerləşdirməyi planlaşdırdığı İran raketlərinin qarşısını almaq üçün əlindən gələni edəcək. Eyni zamanda, bu gün Ukrayna təkcə hava hücumundan müdafiə deyil, həm də effektiv raketdən müdafiə arsenalını əldə etməli və genişləndirməlidir. Ona görə də Rusiya Federasiyası tərəfindən hər gün terrora məruz qalan mühüm infrastrukturun təhlükəsizliyini təmin etmək üçün Ukraynaya növbəti hərbi yardımın göstərilməsi vacibdir.