İspaniya tezliklə Ukraynaya 4 “Hawk” hava hücumundan müdafiə sistemi, “Aspide” hava hücumundan müdafiə sistemi batareyası və sistem üçün raketlər, həmçinin əlavə tank əleyhinə raket sistemləri, silahlar və mərmilər verəcək.
"Report" UNIAN-a istinadən xəbər veriri ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba məlumat verib.
“İspaniyadan məhz bunu istəmişdik”, - o deyib.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
