Əfqanıstanda "Taliban" radikal hərəkatına qarşı əməliyyatlarda son 24 saat ərzində 37 “Taliban” üzvü öldürülüb. Əməliyyatlarda 11 əfqan əsgərinin həlak olduğu bildirilir.
AZƏRTAC xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyindən edilən şərhdə hökumət əleyhdarı silahlı qruplara qarşı aparılan əməliyyatların Kunar, Qəznə, Host, Paktika, Paktiya, Loqar, Qəndəhar, Zabul və Halmand vilayətlərini əhatə etdiyi qeyd edilib. Şərhdə 9 “Taliban” üzvünün isə yaralı ələ keçirildiyi bildirilib.