Braziliyada avtobus uçurumdan aşdı : 15 nəfər ölüb

Braziliyada avtobus uçurumdan aşdı : 15 nəfər ölüb backend

Braziliyanın cənub-şərqində sərnişin avtobusunun uçurumdan aşması nəticəsində 15 nəfər ölüb, 66 nəfər yaralanıb.



AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, çoxu turist olan 81 sərnişini ilə Parati şəhərindən Trindadeyə gedən avtobus 50 metrlik uçurumdan aşıb. Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu, ölü sayının isə artma ehtimalının olduğu bildirilir.

Qəzanın sürücünün əyləcləri işləməyən avtobusun idarəsini itirməsi nəticəsində baş verdiyi güman edilir.

Dünyanın ən çox yol qəzasının baş verdiyi ölkələrdən olan Braziliyada 2013-cü ildə 40 mindən çox adam qəzalarda ölüb. Martda Santa Katarinada sərnişin avtobusunun uçurumdan aşması nəticəsində isə 51 nəfər ölmüşdü.
Diaspora