300 minə yaxın Ukrayna vətəndaşı Rusiyadan müvəqqəti və ya daimi sığınacaq istəyib.
Bu haqda Rusiya Miqrasiya xidməti xəbər yayıb. Xidmətin şöbə müdiri Valentina Kazakova indiyədək 260 mindən çox ukraynalıya sığınacaq və ya qaçqın statusu verildiyini qeyd edib.Ukrayna hakimiyyəti bu məlumat barədə rəsmi münasibət bildirməyib.
Kazakovanın sözlərinə görə, Ukraynanın şərqindəki döyüş zonasından Rusiyaya 900 mindən çox adam keçib.
O 2014-cü ildə 70 min ukraynalıya Rusiya vətəndaşlığı verildiyini bildrib.