Kiyev taxıl müqaviləsinin müddəalarından öz hərbi məqsədləri üçün istifadə etməyi dayandırmalıdır.
TASS xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.
"Əgər Ukrayna bu şərtə təminat verə bilsə, o zaman Rusiya müqavilədə iştirakını bərpa etməyi nəzərdən keçirəcək", - nazir müavini vurğulayıb.
Həmçinin bildirilir ki, xarici işlər nazirinin müavini Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar ilə görüş zamanı iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib.