Kanadanın eyni adlı smartfon istehsalçısı “BlackBerry” şirkəti özünün rəqibi olan “Good Technology”ni satın alması ilə bağlı razılığa gəlib.
İKT.lent.az-ın “runews24.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə “BlackBerry” şirkətinin yaydığı məlumatda deyilir.
Belə ki, şirkət mobil avadanlıqların proqram təminatı təhlükəsizliyi bazarındakı rəqibini 425 milyon dollara alacaq.
Razılığın müddəaları gələn ilin üçüncü rübündə tənzimləyici orqanların razılığı əldə olunandan sonra həyata keçiriləcək.
“BlackBerry” şirkəti “Good Technology” şirkətinin əldə olunmasından sonrakı bir il ərzində 160 milyon dollar gəlir əldə edəcəyini proqnozlaşdırır.
Məlumatda deyilir ki, bu şirkətin alınması sayəsində “BlackBerry” şirkəti hazırda düşdüyü çətinlikləri daha effektiv şəkildə qət edə biləcək.