Ukrayna, Türkiyə və BMT Qara dənizdə 14 gəminin hərəkəti ilə bağlı razılığa gəliblər

Ukrayna, Türkiyə və BMT Qara dənizdə 14 gəminin hərəkəti ilə bağlı razılığa gəliblər backend

Ukrayna, Türkiyə və BMT “Qara dəniz Təşəbbüsü” çərçivəsində oktyabrın 31-də Qara dənizdə 14 gəminin hərəkəti ilə bağlı razılığa gəliblər.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Birgə Koordinasiya Mərkəzi (BKM) açıqlayıb.

Mərkəzin Rusiyaya bu barədə məlumat verdiyi bildirilib.

BKM həmçinin qeyd edib ki, bazar günü taxıl sazişi çərçivəsində 6 gəmi Ukrayna limanlarını tərk edib, lakin onlar hələ də humanitar dəhlizə daxil olmayıblar.

loading...
Diaspora