Ukrayna ABŞ-dan İsrailə təzyiq etməsini istəyir

Ukrayna ABŞ-dan İsrailə təzyiq etməsini istəyir backend

Ukrayna Bayden administrasiyasından Rusiyanın hərbi əməliyyatını pisləyən, lakin Kiyevə hərbi təchizatdan çəkinən İsrailə təzyiqi artırmasını istəyir. 

Modern.az xəbər verir ki, bu barədə "The Hill" nəşri yazıb.

Rəsmi Kiyev ümid edir ki, Rusiyanın İrandan pilotsuz uçuş aparatları alması İsrailin mövqeyinə də təsir edəcək. Ukrayna xüsusilə İsraildən pilotsuz uçuş aparatlarından müdafiəni təmin edəcək hava hücumundan müdafiə imkanları təmin etməsini tələb edirlər.

Ukrayna hakimiyyəti açıq şəkildə bildirir ki, Bayden administrasiyasının İsrailə qarşı təzyiq kampaniyasında rolu var.

Oktyabrın 19-da İsrailin müdafiə naziri Benni Qantz ölkəsinin hələ də Ukraynaya silah vermək niyyətində olmadığını, lakin ona raket hücumu xəbərdarlığı sistemini təkmilləşdirməyə kömək edəcəyini bildirib. 

Diaspora