Hindistanda asma körpü uçub, 91 nəfər ölüb - VİDEO

Hindistanda asma körpü uçub, 91 nəfər ölüb - VİDEO backend

Hindistanın Qucarat ştatında asma körpünün uçması nəticəsində ölənlərin sayı artıb.

Bu barədə NDTV televiziyası məlumat yayıb.

Kanalın xəbərinə görə, hadisə zamanı 91 nəfər həlak olub. 70 zərərçəkən xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Maççxu çayı üzərindəki Morbi körpüsünün üzərində 500-ə yaxın insan olub və hadisə də bu zaman baş verib. Körpü 140 il əvvəl tikilib, bir neçə ildir ki, yenidən qurulub və cəmi dörd gün öncə ziyarətçilərin üzünə açılıb. Körpü dağılan zaman 100-dən çox insan su altında qalıb.

Xilasedicilər hazırda hadisə yerindədir.

Hadisə şahidləri tərəfindən lentə alınan videoda körpünün troslarında bir nəfərin asılı olduğu görünür. Digərləri özlərini xilas etmək üçün çaya atılıblar.

loading...
Diaspora