Somalidə terrorçular nazirliyə hücum edib, ölənlər var

Somalidə terrorçular nazirliyə hücum edib, ölənlər var backend

Somalinin paytaxtı Moqadişonun mərkəzində “Aş-Şabab” terror qruplaşması silahlılarının ölkənin Təhsil Nazirliyinin binasına hücumu zamanı 100 nəfər ölüb.

Bu barədə “Reuters” ölkə Prezidentinə istinadən xəbər verib.

Qeyd edilir ki, hadisə zamanı daha 300 nəfər yaralanıb.  

Daha əvvəl bildirilirdi ki, hücum kamikadzenin nazirliyin qarşısında iki avtomobili partlatması ilə başlayıb. Bunun ardınca bir qrup silahlı binaya daxil olub. Binanın içində silahlılarla təhlükəsizlik işçiləri arasında atışma olub.

Bundan əvvəl 30 nəfərin həlak olduğu xəbər verilib.

loading...
Diaspora