ABŞ-da “iPhone 6S” qalmaqalı

ABŞ-da “iPhone 6S” qalmaqalı backend

ABŞ-ın “6S” şirkəti “Apple” şirkətinə yeni “iPhone” smartfonunun adının dəyişdirilməsi xahişi ilə müraciət edib.


Lent.az-ın məlumatına görə, Nyu-Yorkda “6S” adlı kiçik marketinq şirkətinin “Apple” korporasiyasına çıxarmağa hazırlaşdığı “iPhone” smartfonlarının adının dəyişdirilməsi ilə bağlı təkliflə müraciət etdiyi bilbordlar (reklam lövhələri) yaradılıb.

Belə bir müraciətə səbəb isə yeni model smartfonun şirkətin adı ilə üst-üstə düşməsi olub. “6S” şirkəti “Apple”yə planlaşdırılan “6S” smartfon modelinin əvəzinə yeni yaradılacaq modeli “iPhone 7” adlandırmağı təklif edir.

“O zaman biz təxmin edə bilməzdik ki, iri şirkətlərdən biri mobil qurğu modelini bizim şirkətin adı ilə adlandırar”, - deyə “6S” şirkətinin nümayəndələri bildirir.
Diaspora