Putin Ukrayna problemini həll edə bilənlərin adını çəkib

Putin Ukrayna problemini həll edə bilənlərin adını çəkib backend

Rusiya prezidenti Vladimir Putin deyib ki, Ukrayna problemini Vaşinqtonda bu siyasəti təbliğ edənlər “çox asanlıqla” həll edə bilər.

Bunu Rusiya lideri “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.

“Bu problemi həll etmək, Kiyevə müvafiq siqnal vermək çox asandır ki, onlar öz mövqelərini dəyişməli və bu problemləri sülh yolu ilə həll etməyə çalışmalıdırlar” - deyə, o bildirib.

Putin Ukraynadakı vəziyyəti və hadisələri indiki vəziyyətə gətirənin Rusiya deyil, Qərbin olduğuna da diqqət çəkib. O qeyd edib ki, Qərb dövlətləri müxtəlif çevrilişlər təşkil edir və həyata keçirir, onlardan biri 2014-cü ildə Ukraynada faciəvi nəticələrə gətirib çıxarıb.

loading...
Diaspora