“Tesla Motors” şirkətinin keçmiş əməkdaşı direktorunun kompyuterinə kiber hücum edərək işçilərin anket məlumatlarını oğurlayıb və onları şəbəkəyə yerləşdirib. Trend bu barədə “San Francisco Chronicle” qəzetinə istinadən məlumat verir.
FTB-dən verilən məlumata əsasən, 28 yaşlı kanadalı Nima Kalbasi Kanada sərhəddində saxlanılıb və həbs edilib. O, kiber hücumda təqsirli bilinir.
Direktorun poçtu vasitəsilə giriş imkanı əldə edən N.Kalbasi məxfi məlumatları tapdıqdan sonra onları ümumi şəbəkəyə yerləşdirib.