Dünyada vaksin vurdurmayanların sayı açıqlanıb - ÜST

Dünyada vaksin vurdurmayanların sayı açıqlanıb - ÜST backend

Dünya əhalisinin təxminən üçdə biri koronavirusa qarşı peyvənd olunmayıb.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.

O vurğulayıb ki, dünyada peyvəndə bərabər çıxışın olmaması pandemiyaya qlobal reaksiyanı sarsıdıb.

“Aşağı gəlirli ölkələrdə tibb işçilərinin yarıdan çoxu və yaşlı insanların təxminən üçdə ikisi koronavirusa qarşı peyvənd olunmur. Peyvənddəki boşluq qlobal bərpanı təhdid edir, hamı üçün risk yaradır”.

Baş direktor hesab edir ki, ən vacib dərslərdən biri peyvəndlərin və terapevtik vasitələrin istehsalı coğrafiyasının genişləndirilməsi zərurətidir, çünki pandemiya indi yalnız az sayda ölkədə belə imkanlara malik olduğunu göstərdi.

loading...
Diaspora