"Sabah Krasovski kimilər Kremlə deyəcəklər ki, başqa ölkələrdəki uşaqları da yandırmaq lazımdır"

"Sabah Krasovski kimilər Kremlə deyəcəklər ki, başqa ölkələrdəki uşaqları da yandırmaq lazımdır" backend

"Bu yaxınlarda Rusiya nasist təbliğatının ən iyrənc təzahürlərinə layiq daha bir qeyri-insani bəyanatla yadda qalıb. Oktyabrın 20-də rusiyalı təbliğatçı A.Krasovski Rusiyanın dövlət televiziyası olan RT-nin efirində həmsöhbəti ilə müzakirə zamanı deyib ki, “Ukraynalı uşaqları suda boğub diri-diri yandırmaq lazımdır”. Şok reaksiyalara və bunun qəbuledilməz üsul olduğu qeyd edilsə də, o, “bu bizim metodumuzdur” deyərək cavab verib. Daha sonra ictimai təzyiqin təsiri ilə Krasovski telekanaldan qovulub".

Qaziler.az xəbər verir ki, Krasovskinin ukraynalı uşaqlarla bağlı səsləndirdiyi çağırış haqda Ukrayna mənbələrində bildirirlib ki, onun bu hərəkəti heç nədən Ukraynanı məhv etmək istəyən Putin Rusiyasının neonasist mahiyyətinin sübutudur: "Ruslar "kollektiv Krasovski"dir, yalnız onların Ukrayna ilə bağlı mövqeyi dərc olunmamış qalır. Lakin bu, onu daha az cinayətkar etmir. Putin qondarma “rus dünyası”nın azğın idealları ilə razılaşmayan hər kəsi öldürməyə hazır “nifrət cəmiyyəti” yaradıb. Əgər Putin Ukraynada dayandırılmasa və məğlub olmasa, sabah Krasovski və onun kimi qeyri-insani kəslər Kremlə deyəcəklər ki, başqa ölkələrdəki uşaqları diri-diri batırıb yandırmaq lazımdır. Axı Putin Rusiyasının şər və dağıntı törətmək istəyində heç bir maneə yoxdur: 21-ci əsr nasizminin analoqu kimi raşizm Kreml tərəfindən faktiki olaraq rəsmi ideologiya kimi qəbul edilir və Krasovskinin sözləri bunu təsdiqləyir.

Rusiya rəsmi olaraq ukraynalıların soyqırımını müharibənin məqsədlərindən birinə çevirib. Ona görə də Rusiyanı kriminal müharibə üsullarından istifadə edən terrorçu dövlət kimi tanımaq, Rusiya ordusunun Ukraynadakı hərəkətlərini soyqırım kimi tanımaq və nəhayət, bütün Rusiya telekanallarının media məkanında yayımını tamamilə qadağan etmək lazımdır. Digər ölkələrdə Rusiyanın informasiya mövcudluğunun və cinayətkar təbliğatının qarşısını almaq lazımdır. Bu, siyasi sabitliyin və regionda müharibə və münaqişələrin qarşısının alınmasının təminatıdır”, - məlumatda qeyd edilib.

Diaspora