Boris Conson yenidən Baş nazir olmaqdan imtina edib

Boris Conson yenidən Baş nazir olmaqdan imtina edib backend

Boris Conson baş nazirlik uğrunda keçiriləcək seçkidə namizəd olmayacağını açıqlayıb.

APA-nın “Sky News“a istinadən xəbərinə görə, o bildirib ki, yetərli sayda deputatların dəstəyinə sahib olsa da parlamentdə vahid partiya olmadan səmərəli idarəçilik mümkün deyil.

Conson buna görə, nazmizədliyinin irəli sürülməsini düzgün hesab etməyib.

Böyük Britaniyanın indiki müdafiə naziri Ben Uolles isə namizədliyini irəli sürməyərək hələ ki Boris Consonu dəstəkləyəcəyini vurğulayıb.

Qeyd edək ki, Liz Trass oktyabrın 20-də iqtisadi proqramını həayata keçirə bilmədiyi üçün istefa verib.

Diaspora