Ukraynanın cənub-şərqində poliovirus halları təsdiq edilib

Ukraynanın cənub-şərqində poliovirus halları təsdiq edilib backend

Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regional bürosu Ukraynanın cənubunda 1-ci tip vaksin mənşəli sirkulyasiya edən iki poliovirus faktı barədə təsdiq olunmuş məlumat alıb. Bildirilib ki, bu iki hal arasında genetik oxşarlıq var.


AZƏRTAC “un.org” informasiya portalına istinadla xəbər verir ki, DST və UNICEF virus ocağına nəzarətin təşkil edilməsində və müşahidə olunmasında Ukrayna Səhiyyə Nazirliyinə dəstək göstərir.

Ştamm Ukraynanın cənub-qərbindəki Zakarpatye vilayətində aşkar edilib. İflic başlayanda uşaqlardan birinin 4 yaşı, digəri on aylıq olub. Bu uşaqlar poliomielitə qarşı vaksinasiya olunmayıblar.

DST-dən bildiriblər ki, 2014-cü ildə bu ölkədə uşaqların yalnız 49 faizi poliomielitə qarşı vaksinasiya edilib.

Hazırda bir yaşına qədər uşaqlar arasında poliomielitə qarşı vaksinasiyanın əhatə dairəsi yalnız 14,1 faiz təşkil edir ki, bunun da əsas səbəbi vaksin çatışmazlığıdır.

DST bütün ölkələrə kəskin süst iflic hallarına epidemioloji nəzarəti gücləndirməyi və uşaqların planlı immunlaşdırma ilə əhatə səviyyəsini yüksəltməyi tövsiyə edir.
Diaspora