Ermənistanda yarım milyon insan aclıqdan əziyyət çəkir - BMT

Ermənistanda yarım milyon insan aclıqdan əziyyət çəkir -  BMT backend

Ermənistanda yarım milyon insan aclıqdan əziyyət çəkir.

Bu barədə statistik məlumat BMT-nin Ümumdünya Ərzaq Proqramının “Aclıq xəritəsi”ndə yer alıb.

Məlumata görə, Ermənistanda 500 min insan qida çatışmazlığı ilə üzləşib.

Qeyd edilir ki, hazırda Ermənistan əhalisinin sayı 3 milyon nəfərdir.

Eyni zamanda, qeyd edilir ki, son bir ayda qida çatışmazlığından əziyyət çəkənlərin sayı daha 10 min nəfər artıb.

Xəritəyə əsasən, ölkədə 5 yaşa qədər uşaqların təxminən 4,4 faizi kəskin, 9,4 faizi isə xroniki qida çatışmazlığından əziyyət çəkir.

Report.az

Diaspora