Anadolu Agentliyinin məlumatına görə, 2016-2017-ci illərdə İstanbulda 6 yeni avtovağzal tikiləcək.
İstanbul Böyükşəhər bələdiyyəsinin sədri Qadir Topbaş bildirib ki, yeni avtovağzallar şəhərin bütün istiamətlərini əhatə edəcək. Məqsəd mövcud avtovağzalların yükünü azaltmaqla şəhərdaxili avtomobil tıxaclarını azaltmaq, o cümlədən İstanbula gəlib-gedən sərnişinlərin rahatlığını təmin etməkdir.
Bələdiyyə sədrinin sözlərinə görə, mövcud avtovağzalların strukturu dəyişdirilərək yenidən qurulacaq.