Britaniya 15 000 suriyalı qaçqını qəbul edəcək

Britaniya 15 000 suriyalı qaçqını qəbul edəcək backend

Böyük Britaniya 15 000 suriyalı qaçqını qəbul etməyə hazır olduğunu bəyan edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Sunday Times məlumat yayıb.


Məlumata görə, Böyük Britaniyanın baş naziri Devid Kemeron miqrasiya böhranının nizamlanması planının hazırlanmasına dair göstəriş verib. Söhbət qaçqınların yerləşdirilməsinə dair proqramın genişləndirilməsindən və qeyri-leqal miqrantların daşınması ilə məşğul olan şəxslərlə mübarizənin sərtləşdirilməsindən gedir.

Bundan əvvəl Devid Kemeron ölkəsinin suriyalı qaçqınlara yardım məqsədilə əlavə 100 mln funt sterlinq ayıracağını açıqlayıb. Onun sözlərinə görə, Britaniya artıq 5000-dək qaçqın qəbul etdiyini bildirib.
Diaspora