Hansı ölkənin dronları daha yaxşıdır - İranın, İsrailin, yoxsa Türkiyənin? - "Forbes"

Hansı ölkənin dronları daha yaxşıdır - İranın, İsrailin, yoxsa Türkiyənin? -  "Forbes" backend

"İran yerüstü və dəniz hədəflərini öz sahillərindən yüzlərlə km aralıda məhv etmək üçün vasitələrə malikdir..."

 

"Harop" həm kəşfiyyat, həm də zərbə dronudur, hədəfi aşkar edən kimi ani olaraq ona hücum edir..."

 

"TB3 kamikadze-dron deyil, dəfələrlə istifadə ediləcək ilk dəniz PUA-sıdır..."

 

Yaxın Şərqdə pilotsuz uçuş aparatlarının istehsalı üzrə üç lider-İran, İsrail və Türkiyə çoxsaylı dronlar işləyib hazırlayıb və diqqəti cəlb edir.

 

Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.

 

"İyul ayında İran dronların desant gəmilərindən və köməkçi gəmilərdən, habelə Rusiyanın "Kilo" sinfindən olan sualtı qayıqlarından buraxılışı üzrə imkanlarını nümayiş etdirib.

 

İranın "Ababil-2" və "Araş" PUA-ları gəmilərdə yerləşdirilmiş relslərdən raket sürətləndiricilərin köməyilə buraxılıb. Hər iki  model barraj mərmiləri və ya kamikadze-dronlardır, hədəflə toqquşanda döyüş başlığının detonasiyası baş verir. 

 

"Janes" nəşri qeyd edir ki, daha bir müasir "Ababil-3" dronu nümayiş etdirilib. Deyilənə görə, o, "paraşütlə və üzgüçülük kompensatoru ilə təchiz edilib ki, onu dənizdən qaldırmaq mümkün olsun", hərçənd, dronun özü göstərilməyib.

 

İran dronların belə gəmilərdən buraxılmasını nümayiş etdirib ki, bu da az əhəmiyyətli deyil.

 

İranın həqiqətən yerüstü və dəniz hədəflərini öz sahillərindən yüzlərlə km aralıda məhv etmək üçün vasitələri var", - nəşr yazıb.

 

İsrail

 

İsrail dronlarından danışarkən, nəşr qeyd edir ki, 2021-ci ilin fevralında "İsrail aerokosmik sənaye" konserninin rəhbərləri məlumat verib ki, Asiya ölkələrinin birinə geniş tanınan "Harop"ların dəniz versiyasını tədarük edəcək.

 

"2017-ci ildə təqdim edilən ilkin yerüstü "Harop" PUA-sı mobil buraxılış qurğusundan buraxılır və hədəfi axtarır. 

 

Dron həm düşmən radarlarından şüalanmanı avtonom olaraq müəyyən edə və onlara hücum edə bilər, həm də operator tərəfindən döyüş meydanında hədəfi məhv etmək üçün idarə oluna bilər.

 

"Harop" eyni zamanda həm kəşfiyyat, həm də zərbə dronudur, o, ani olaraq hədəfi aşkar edəndən sonra ona hücum edə bilər. Bu, hədəfi müəyyən edib, raketi buraxmaq və ya qırıcı göndərməkdən xeyli rahatdır.

 

Dron həmçinin qəflətən aşkar edilən hədəflərin məhv edilməsi üçün rahatdır. "Harop" hədəfi tapan kimi onu ələ keçirir. Hədəflə toqquşanda döyüş başlığı detonasiya edir.

 

Dənizdə belə barraj edən PUA-lar dəstəsi düşmənə ciddi zərər vura, radarlarını kor edə və dələcək hücumunu zəiflədə bilər.

 

Orijinal versiyası kimi, dəniz "Harop"u  həm də yerdəki hədəfləri vura bilir. Bu, HHQ-yə gəmiəleyhinə radarların və HHM sistemlərinin məhv edilməsinə zəmanət verir", - "Forbes" qeyd edir.

 

Türkiyə

 

Türkiyənin  "Bayraktar TB2" dronları bir neçə münaqişələrdə özünü göstərəndən sonra "Baykar Defense" korporasiyası yeni TB3 modelini işləyib hazırlamağa başlayıb.

 

O, TB2-yə bənzəyir, bir vacib detaldan başqa-ona açılıb-yığılan qanadlar əlavə edilib. Yeni dron görmə sahəsindən kənarda uçmaq imkanına malik olacaq. TB3 Türkiyənin gələcək flaqmanı olacaq "TCG Anadolu" desant gəmisi, həmçinin ixrac üçün nəzərdə tutulub.

 

"Baykar" korporasiyası bəyan edib ki, yeni PUA Yaponiyanın "İdzumo" tipli helikopter gəzdirənlər üçün əla uyğun gələcək. 

 

Açılıb-yığılan qanadları hesabına Anadolu-nun bortunda 30-50 yeni dron yerləşdirmək mümkündür. Hər bir TB3 dronu 6 asma qovşağı sayəsində TB2 kimu 5 müxtəlif mərmi daşıya bilər.

 

PUA-lar Türkiyə sahillərindən uzaqda düşmən gəmiləri üçün təhlükə törədəcək, həmçinin uzaq ölkələrdə yerüstü əməliyyatlara dəstək verəcək. 

 

Uçuş-enmə imkanları sayəsində TB3-dən, bütün adıçəkilən PUA-lardan fərqli olaraq, dəfələrlə istifadə etmək mümkün olacaq. Dronu gəminin göyərtəsinə endirmək dənizdə tutmaqdan daha rahatdır.

 

TB3-ün ixrac potensialı da yüksəkdir, çünki bu, dron-kamikadze deyil, dəfələrlə istifadə ediləcək ilk dəniz PUA-sıdır. 

 

Bundan başqa, onun qiyməti nisbətən çox deyil, dağılma səviyyəsi TB2 kimi yüksəkdir".

loading...
Diaspora