Terrorçular özləri partlayışın qurbanı oldular

Terrorçular özləri partlayışın qurbanı oldular backend

Sinay yarımadasında 15 terrorçu məktəbi minalayarkən ölüb


Misirin Sinay yarımadasının şimalında baş vermiş silsilə partlayışlar nəticəsində 15 silahlı ölüb, daha 10 terrorçu isə yaralanıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, terrorçular Qəzza zolağı ilə həmsərhəd Rəfah rayonunda yerləşən məktəblərdən birini minalayarkən baş vermiş partlayış nəticəsində ölüblər.

Məlumata görə, “Ənsər Beyt əl Makdis” (Qüds tərəfdarları) qruplaşmasının silahlıları təhsil ocağını qərargaha çevirərək binaya çoxlu sayda silah-sursat və partlayıcı qurğu toplayıblar. Ordunun hücuma keçəcəyindən ehtiyatlanan terrorçular məktəbin perimetri boyu və binanın daxilində partlayıcı qurğular quraşdırmaq qərarına gəliblər. Lakin, silahlılar binanı minalayarkən partlayıcı qurğulardan biri işə düşüb, nəticədə silsilə partlayışlar baş verib.

İnsident nəticəsində terrorçular silah-sursatın xeyli hissəsini itirib. Partlayış nəticəsində məktəb tamamilə uçub, qruplaşmanın bir neçə lideri daxil olmaqla 15 terrorçu ölüb.
Diaspora