Praqada ziyafətdə Ərdoğan onun sözünü kəsib…

Praqada ziyafətdə Ərdoğan onun sözünü kəsib… backend

Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində 44 dövlət rəhbəri üçün təşkil olunan qapalı ziyafət zamanı Yunanıstan Baş naziri Kiriakos Miçotakis Türkiyəni hədəfə alan çıxışlar edib.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri mənbələrinə istinadla yazıb.

Nəşrin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yunan liderin sözünü kəsib və uca səslə müdaxilə edib. Ərdoğan Mitsotakisi Egey dənizinin şərqindəki adalarla bağlı mübahisələrin həllində ikiüzlülükdə günahlandırıb, Avropa Birliyini isə Yunanıstan və Cənubi Kipri birtərəfli qaydada müdafiə etdiyi üçün tənqid edib.

“Nyu York Tayms” tərəflər arasında mübahisəni avropalı liderlərin çaşqın və əsəbi şəkildə izlədiklərini yazıb.

Qeyd olunub ki, yemək masasında baş verənlərlə bağlı açıqlamasında Ərdoğan Miçotakisin protokol qaydalarını bilmədiyini deyib:

“Cənab çıxışımdan çox narahat olub. Narahat olduğu üçün də əslində yemək əxlaqına zidd olsa da, kimdən icazə aldı, bilmirəm, bir çıxış elədi. Dedi ki, biz ona qarşı ağır ifadələr işlətmişik. Amma əslində ağır bir şey də yox idi. Bunların bütün siyasətləri yalan üstündə qurulub”.

loading...
Diaspora