İndoneziyada yanğın nəticəsində məscidin günbəzi uçub - VİDEO

İndoneziyada yanğın nəticəsində məscidin günbəzi uçub -  VİDEO backend

İndoneziyanın paytaxtı Cakartada baş verən yanğın nəticəsində Koca rayonundakı İslam Mərkəzinin Böyük Məscidinin günbəzi uçub.

Qaziler.az “Tribunnews”a istinadən xəbər verir ki, məscidin günbəzinin uçması zamanı ətrafda çox sayda insan olub.

İlkin məlumata görə, yanğın məscidin günbəzində aparılan qaynaq işləri nəticəsində başlayıb.

Yanğın başlayan zaman məsciddə insanların olduğu güman edilir. Amma qurbanlar barədə hələlik məlumat yoxdur. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

loading...
Diaspora