“İsrail Ukraynaya müdafiə silahları, o cümlədən hava hücumundan müdafiə sistemləri tədarük etməyəcək”.
“Report” xəbər verir ki, bunu İsrailin müdafiə naziri Beni Qantz Avropa İttifaqına üzv dövlətlərin səfirləri ilə görüşdə bildirib.
Onun sözlərnə görə, ölkəsinin bu istiqamətdə Ukraynaya yönəlik siyasəti dəyişməyib.
B.Qantz deyib ki, İsrail Kiyevə xüsusi olaraq Ukrayna üçün raket hücumlarına qarşı xəbərdarlıq sistemləri və ya dinc sakinləri qorumaq məqsədilə pilotsuz uçuş aparatlarından mübarizə vasitəsilə yaratmağı təklif edib.
Nazir İsrailin Ukraynaya müstəsna olaraq humanitar yardım göstərməyə davam edəcəyini söyləyib.
Xatırladaq ki, oktyabrın 17-də Beni Qantzın ukraynalı həmkarı Oleksiy Reznikovla danışığı ləğv edilib.