Səudiyyə kralı Ağ Evdə: neftin taleyi həll olunur

Səudiyyə kralı Ağ Evdə: neftin taleyi həll olunur backend

Səudiyyə Ərəbistanın kralı Salman ibn Əbdül-Əziz al Səud ilk dəfə ABŞ-a rəsmi səfər edib.


APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, kralın Ağ Evdə prezident Barak Obama ilə görüşündə İranla nüvə anlaşmasından sonra Tehranın destruktiv addımlar atacağı halda planlaşdırılan tədbirlərdən, Yaxın Şərqdə sülhün əldə olunması üçün görülən işlərdən, İŞİD-lə mübarizə məsələləri müzakirə olunub.

Görüşdə həmçinin neftin qiyməti və Yəməndə husi üsyançılarına qarşı Səudiyyə Ərəbistanının hava əməliyyatları barədə də danışılıb.

Görüşdən əvvəl Ağ Evin yaxınlığında bir qrup şəxs Səudiyyə Ərəbistanının siyasətinə qarşı etiraz aksiyası keçirib
Diaspora