Yaponiya Yəməndəki səfirliyini bağladı

Yaponiya Yəməndəki səfirliyini bağladı backend

Yaponiya Yəmənin paytaxtı Sənadakı səfirliyinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Yaponiya bunu təhlükəsizlik məsələləri ilə əlaqələndirib. Bu haqda ölkənin Xarici İşlər Nazirliyindən məlumat yayılıb.

Məlumata görə, səfir Katsuyösi Xayasi və daha 4 diplomat artıq ölkəni tərk ediblər. Diplomatik idarənin əməkdaşlarının bir qismi Qətərin paytaxtı Dohada öz fəaliyyətlərini davam etdirəcəklər.

Qeyd edək ki, indiyədək Yəməndə artıq bir neçə ölkə öz səfirliyini bağlayıb. Bunlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, İtaliya, Niderland və Amerika Birləşmiş Ştatlarıdır.
Diaspora