Kosta Rikada avtobus qatarla toqquşdu: 30 YARALI

Kosta Rikada avtobus qatarla toqquşdu: 30 YARALI backend

Kosta Rikada avtobusun qatarla toqquşması nəticəsində azı 30 nəfər xəsarət alıb.



APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, insident zamanı 2 minik avtomobilinə də ziyan dəyib.

Zərərçəkənlər arasında çox sayda yeniyetmələr və bir hamilə qadının olduğu bildirilir.

Hadisə yerinə təcili yardım briqadaları və xilasedicilər cəlb edilib. Polis hadisənin səbəblərini araşdırır.
Diaspora