"Putin bütün demokratik dünyaya müharibə elan edib və közərən rəqabət açıq mübarizəyə çevrilib..."
"Təkcə aprel ayında 40 rusiyalı casus ölkədən qovulub, bu, onların heç də hamısı deyil..."
"Rusiya xüsusi xidmət orqanları daha qətiyyətlə hərəkət edir və Almaniyada siyasi qətllər istisna edilmir..."
Rusiya prezidenti Vladimir Putin faktiki olaraq bütün Qərbə müharibə elan edib, Almaniyada siyasi qətllər və Ukraynada nüvə silahının tətbiqi istisna edilmir.
Bunu AFR Federal kəşfiyyat xidmətinin rəhbəri Bruno Kal və AFR konstitusiyasının müdafiəsi üzrə İdarəsinin prezidenti Tomas Xaldenvanq Bundestaqda dinləmələrdə bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Şpigel" jurnalı yazıb.
Alman siyasətçilərinin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı şiddətli müharibəsi o deməkdir ki, Putin bütün demokratik dünyaya müharibə elan edib və "közərən rəqabət açıq mübarizəyə çevrilib".
Almaniya xüsusi xidmət orqanları rəhbərləri vurğulayıb ki, müharibə "oyun qaydalarını dəyişir", o cümlədən Almaniyanın daxili təhlükəsizliyinə təsir edir.
Kəşfiiyyatçılar nümunə kimi aprel ayında 40 rusiyalı casusun ölkədən qovulmasını qeyd edib və vurğulayıb ki, "bunlar heç də hamısı deyil".
Xaldenvanqın dəyərləndirməsinə görə, Rusiyanın xüsusi xidmət orqanları daha qətiyyətlə və cəsarətlə hərəkət edir və gələcəkdə AFR ərazisində siyasi qətllər gözləmək mümkündür.
Məsələn, 2019-cu ildə çeçen səhra komandiri Zəlimxan Xanqoşvili Berlində qətlə yetirilib.
Sonradan "Bellingcat" qrupunun və "İnsayder"nəşrinin birgə jurnalist araşdırmasının nəticələri Rusiyanın bunda əli olduğunu sübut edib.
Öz növbəsində Bruno Kal bəyan edib ki, Rusiyanın Ukraynaya tammiqyaslı açıq müdaxiləsi onun idarəsi üçün gözlənilməz olmayıb.
Bununla birliklə, 24 fevraladək alman xüsusi xidmət orqanlarının nümayəndələri Amerika və Britaniya həmkarlarına nisbətən Putinin mümkün addımlarını xeyli təmkinlə dəyərləndirib.
İndi Bruno Kal Rusiyanın nüvə silahının mümkün tətbiqi barəsində birbaşa xəbərdarlıq edir.
Onun sözlərinə görə, Kreml rəhbərinin Ukraynada taktiki nüvə silahının tətbiqi barədə əmr vermək üçün qətiyyəti yetərli olacaq.