Rusiya Kiyevə 28 PUA ilə hücum edib: Ölən və yaralananlar var

Rusiya Kiyevə 28 PUA ilə hücum edib: Ölən və yaralananlar var backend

Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

UNIAN xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

O, yaralıların xəstəxanaya yerləşdirildiyini söyləyib. 

V.Kliçko həmçinin Kiyevə 28 PUA ilə hücum edildiyini, onlardan yalnız 5-nin şəhərdəki müxtəlif infrastrukturları vurduğunu, qalanlarının isə zərərsizləşdirildiyini açıqlayıb. 

Qeyd edək ki, bu gecə Rusiya Ordusu İran istehsallı PUA-larla Kiyevə hücum edib.

Diaspora