Serbiya XİN: “Ukraynadakı səfirliyimiz hələ mart ayında təxliyə edilib”

Serbiya XİN: “Ukraynadakı səfirliyimiz hələ mart ayında təxliyə edilib” backend

Serbiyanın Xarici İşlər Nazirliyi ölkənin Kiyevdəki səfirliyinin 2022-ci il martın əvvəlində Ukrayna ərazisindən təxliyə edildiyini bəyan edib.

“Serbiya Xarici İşlər Nazirliyi martın 3-də səfirliyin müvəqqəti bağlandığını, diplomatik və konsulluq missiyası əməkdaşlarının Belqrada təxliyə edildiyini və burada öz vəzifələrini yerinə yetirməyə davam etdiklərini elan edib”, - nazirlikdən bildirib.

XİN jurnalistlərin səhvən nazirliyin mart bəyanatına istinad etdiyini irəli sürüb.

Qeyd edək ki, bu gün KİV-də Serbiyanın Ukraynadakı səfirliyinin öz fəaliyyətini dayandırması barədə məlumatlar yayılıb.

Diaspora