Türkiyədə mədəndə baş verən partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - Yenilənib

Türkiyədə mədəndə baş verən partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - Yenilənib backend

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Bunu ölkənin daxili işlər naziri Süleyman Soylu deyib.

Onun sözlərinə görə, 21 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.

Hazırda fövqəladə vəziyyət üzrə bütün aidiyyəti təşkilatlara məxsus briqadalar hadisə yerindədir. Axtarış-xilasetmə işləri davam edir.

 

*****

23:26

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayış nəticəsində iki nəfər ölüb.

Qaziler.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, partlayış nəticəsində 20 nəfər yaralanıb.

Nazir əlavə edib ki, hadisə yerinə 31 təcili tibbi yardım avtomobili və 149 nəfər tibb personalı cəlb edilib.

Qeyd edək ki, Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış baş verib. Dağıntılar altında ümumilikdə 87 nəfər olub, onlardan 11-i yaralı halda çıxarılıb. 

Diaspora