Zelenskinin “iPhone diplomatiyası”: "Müharibənin ilk günlərində mənə çox kömək oldu"

Zelenskinin “iPhone diplomatiyası”: "Müharibənin ilk günlərində mənə çox kömək oldu" backend

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın ZDF telekanalına müsahibəsində Qərb ölkələrinin liderləri ilə ünsiyyətini “iPhone diplomatiyası” adlandırıb.

Zelenski bildirib ki, "iPhone diplomatiyası" ona müharibənin əvvəlində Avropa ölkələri və ABŞ liderləri ilə tez ünsiyyət qurmaqda çox kömək edib.

“Mənim Consonla (Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson) həqiqətən də yaxın münasibətim var idi. Conson, Duda (Polşa Prezidenti Andjey Duda), Gitanas (Litva Prezidenti Gitanas Nauseda), bunlar mənim zəng edə bildiklərimdir. Emmanuel Makron həmişə mənə deyir: “Sən mənə “WhatsApp”da zəng elə”, - Zelenski vurğulayıb.

O, əlavə edib ki, xüsusilə ruslar, mürəkkəb böyük ölkə ilə müharibə sürətli qərarlar qəbul etmək zərurətini diktə edir: burada söhbət təkcə strategiyadan getmir. Zelenski qeyd edib ki, müharibə zamanı başın yarısı strategiya ilə məşğul olur, yarısı isə taktiki cavab addımları atmalıdır: “Və bu taktikada kimin sizinlə olması vacibdir. Çünki sürətli təchizat sizə lazımdır. Siyasi olaraq bir araya gəlmək, müzakirə etmək - bütün bunlar adi diplomatiyanı deyil, bizim ölkələrimizdə əvvəllər olmayan "iPhone diplomatiyanı" təlqin edir.

Zelenski xarici tərəfdaşları daha sürətli danışmağa çağırdığını da söyləyib: "Mən tamamilə açığam. Xahiş etdim ki, gəlin daha tez danışaq. Telefon danışığı sifariş etməyin, əksinə, bir-birinizlə danışın".

Dövlət başçısı həmçinin qeyd edib ki, onun ABŞ, Slovakiya prezidentləri, Almaniya kansleri və digər rəhbər şəxslərlə çox yaxşı diplomatik əlaqələri var.

""iPhone diplomatiyası" müharibənin ilk günlərində mənə çox kömək oldu. Duda ilə həm gecələr, həm də ehtiyacım olanda danışırdım. Yeri gəlmişkən, prezident Bayden hücumdan sonra (24 fevral - red.) ilk zəng edən şəxs olub. Məncə, səhər saat 06:20 idi. Deyəsən, onun zəngi birinci olub”, - prezident əlavə edib.

Diaspora