İngiltərə Bankı plastikdən 20 funtluq banknot hazırlayacaq

İngiltərə Bankı plastikdən 20 funtluq banknot hazırlayacaq backend

İngiltərə Bankı plastikdən 20 funtluq banknot hazırlayacaq.



AZƏRTAC xarici KİV-rə istinadla xəbər verir ki, İngiltərə bankı 20 funtluq banknotların növbəti seriyasını polimer material ilə, yəni daha təhlükəsiz, davamlı və təmiz materialdan çap edəcək.

Üzərində Uinston Çörçillin təsviri olan 5 funt sterlinqli banknotlar 2016-cı ilin payızında, Ceyn Ostin təsvirli 10 funt sterlinq isə 1 il sonra dövriyyəyə buraxılacaq.

Qeyd edək ki, Şotlandiyada 5 funt sterlinqli yeni polimer banknotlar mart ayında dövriyyəyə buraxılıb. Bu banknotların üzərində şotlandiyalı mühəndis Uilyam Arrolun təsviri yer alıb.
Diaspora