Yeni qaz sazişi imzalanıb

Yeni qaz sazişi imzalanıb backend

“Alman dalğası” agentliyinin verdiyi məlumata görə, Rusiyanın “Qazprom” energetika konserni “Şimal axını” qaz kəmərinin üçüncü və dördüncü xətlərinin tikintisi barədə avropalı tərəfdaşlarla saziş imzalayıb.



“Reuters” agentliyi bu gün xəbər verib ki, yeni konsorsiumun tərkibinə altı iştirakçı daxildir: “Qazprom”, E.ON, “BASF” şirkətinin törəmə müəssisəsi “Wintershall”, “OMV”, “ENGIE” və “Royal Dutch Shell”. Saziş Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda imzalanıb.

Layihəyə əsasən, qaz kəmərinin iki xəttinin çəkilişi 2019-cu ilin sonuna qədər başa çatdırılmalıdır. Həmin xətlər üzrə Almaniyaya 55 milyard kubmetr qaz nəql ediləcək. Layihənin məqsədi yanacağın Ukrayna ərazisindən keçməklə nəql edilməsindən asılılığı azaltmaqdır.

Konsorsiumda “Qazprom”un səhm payı 51 faiz, “ENGİE”-nin səhm payı 9 faiz, qalan tərəfdaşların hər birinin səhm payı 10 faiz təşkil edir.

“İnterfaks” agentliyi hazırda həmin layihəyə dair danışıqlarda ən mürəkkəb məqam sayılan bir fakta diqqəti cəlb edir ki, yeni magistralın qurudakı hissələrini hansı tərəfdaşın inşa edəcəyi məsələsi hələ açıq qalır.
Diaspora