ABŞ Türkiyəyə "F-16" qırıcı təyyarələrinin satışına dair şərtləri aradan qaldırır.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, müvafiq dəyişiklik ABŞ-ın 2023-cü il üçün nəzərdə tutulan Milli Müdafiə Səlahiyyəti Aktının (NDAA) Senata təqdim edilən versiyasında öz yerini tapıb.
Həmin layihədə Türkiyəyə “F-16” qırıcı təyyarələrinin satışını şərtləndirən hər iki əlavə ləğv edilib.