Son bir il ərzində Rusiyanı ABŞ-ın əsas düşməni hesab edənlərin sayı iki dəfə artıb. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu nəticəni "Gallup" şirkətinin keçirdiyi sorğu göstərib.
Sorğuya görə amerikalıların 18%-i bu fikirdədirlər. İki il əvvəl bu göstərici cəmi iki faiz təşkil edirdi, 2014-cü ildə isə 9 faiz artıb.Reytinqdə ikinci yerdə Şimali Koreyadır.
ABŞ vətəndaşlarının 49 faizi hesab edir ki, Rusiyanın hərbi gücü ölkələri üçün təhlükə təşkil edir.
Respondentlər "İslam dövləti" terror qruplaşmasını və beynəlxalq terrorizmi daha təhlükəli hesab edirlər (84 faiz).
"Gallup" şirkətinin sorğusu 8-11 fevral tarixlərində keçirilib.