Kiyevə raket hücumunda ölənlərin sayı 10-a çatıb, 60 nəfər yaralanıb

Kiyevə raket hücumunda ölənlərin sayı 10-a çatıb, 60 nəfər yaralanıb backend

Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə raket hücumu nəticəsində 10 nəfər ölüb, 60 nəfər yaralanıb.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polis İdarəsindən bildirilib.

"Rusiyanın atdığı 83 raketdən 43-ü Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən vurulub" - bunu Ukrayna Həri Hava Qüvvələrinin sözçüsü Yuri İqnat məlumat verib.

Onun sözlərinə görə, İran istehsalı olan 12 PUA-dan 9-u zərərsizləşdirilib.

Y.İqnat bildirib ki, Rusiya Ukraynaya Xəzər dənizi bölgəsindən “X-101” və “X-555” yüksək dəqiqlikli raketlər buraxıb: “Habelə “Kalibr”, “İskander”, “S-300” və “Tornodo” reaktiv yaylım atəşi sistemindən raketlər atıb”.

Diaspora