Yerevanda eyni vaxtda iki etiraz aksiyası keçirilib. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, etirazçılar maaşlarının verilməsi tələbi ilə çıxış ediblər.
"Təmizlik Mərkəzi" QSC-nin əməkdaşları Yerevan meriyası qarşısına toplaşıblar. QSC-nin dekabrda ləğv edilməsi nəticəsində 315 əməkdaş işsiz qalıb.Eyni zamanda, "Nairit" kauçuk zavodunun işdən qovulmuş əməkdaşları hökumət binası önünə yığışıblar. Onlar da məvaciblərinin verilməsini tələb ediblər.
Zavodun 1700 işçisi fevralın 6-da işdən azad edilib. Ümumilikdə zavodda 478 işçi qalıb.