Rusiya Kiyevi və 5 vilayəti bombalayıb - VİDEO - Yenilənib

Rusiya Kiyevi və 5 vilayəti bombalayıb -  VİDEO - Yenilənib backend

Rusiya Ukraynanın şərqində yerləşən Dnepr və qərbindəki Lvov vilayətlərini də raket atəşinə tutub. 

Məlumatı UNIAN yayıb.

Dağıntı, ölən və yaralananların olub-olması barədə hələlik informasiya yoxdur.  

 

*****

Ukraynanın paytaxtı Kiyevlə yanaşı, ölkənin üç vilayətində partlayışlar törədilib.

"RBK Ukrayna" xəbər verir ki, bu gün səhər saatlarında Jitomir, Xmelnitsk və Ternopol vilayətlərində də partlayış olub. 

Eyni zamanda, Odessaya bir neçə raketin atıldığı bildirilib.

Paytaxt Kiyevə atılan raketlərdən biri şəhərin Vladimirskaya küçəsində Prezident Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. 

 

*****

10:03

Rusiya qoşunları bu dəqiqələrdə Ukraynanın paytaxtını ağır raket atəşinə məruz qoyurlar. 

Məlumatı Kiyev şəhərinin meri Vitali Kliçko da təsdiq edib.

Lakin Kliçko hələlik dağıntılar və xəsarət alanlar barədə məlumata malik olmadıqlarını, partlayışın detalları barədə bir müddət sonra açıqlama verəcəyini bildirib.

UNIAN-da isə qeyd olunub ki, yerli vaxtla səhər saat 06.47-də paytaxtda həyəcan siqnalı verilib. Bundan sonra səhər saat 8 radələrində Kiyevdə 3-4 partlayış törədilib.

Qeyd edək ki, ötən gecə Zaporojyedə də partlayışlar olub. Bu partlayışlar Moskvanın ilhaq etdiyi Krım yarımadasını Rusiya ilə birləşdirən yegənə körpünün partladılmasına cavab olaraq törədildiyi ehtimal olunur. 

Report.az

Diaspora