Azərbaycandakı güclü zəlzələ Türkiyədə də hiss olunub

Azərbaycandakı güclü zəlzələ Türkiyədə də hiss olunub backend

Azərbaycanda baş verən zəlzələ Türkiyənin iki vilayətində hiss olunub.



APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə və Təbii Fəlakətlər Komissiyası məlumat yayıb. Məlumatda sarsıntının Ərzrum və İqdır vilayətlərində də hiss olunduğu bildirilir.

Qeyd edək ki, bu gün səhər Azərbaycanda 7 bal gücündə zəlzələ baş verib.